Valideyn iclası keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizdə 9-10-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Məktəb-valideyn-şagird üçbucağının inkişafını təmin etmək məqsədi ilə valideynlər məlumatlandırıldı. Buraxılış imtahanlarına hazırlıq barəsində valideynlərlə direktor Günel Fətəliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Günel ismayılova tərəfindən söhbətlər aparıldı. Sonda valideynlərin fikirlərini də dinləyərək qarşılıqlı şəkildə dialoqlar aparıldı.