“Heydər Əliyev və Azərbaycan tarixi”

Aprelin 5-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.

Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.

1-ci mərhələ üzrə ən yaxşı 25 yazı seçilərək şagirdlər dinlənilmiş, 2-ci mərhələ üzrə isə 11 şagird rayon mərhələsinə keçirilmişdir.

Sonra 5 mövzu üzrə 118, 232, 87, 327, 114, №-li tam orta məktəbin və S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdlərinin təqdimatında mövzular üzrə səhnəciklər nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi