"Yol hərəkəti qaydalarını öyrənək" adlı layihə həyata keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 3 "A" və 1 "A" sinifləri Həyat bilgisindən "Yol hərəkəti qaydalarını öyrənək" adlı layihə həyata keçirdilər. Sinif rəhbərləri Sevinc Məmmədova və Leyla Orucəliyeva çıxış edərək bildirdilər ki, yol hərəkəti qaydaları yolda, küçədə insanların təhlükəsizliyini təmin edir, onların həyatını qoruyur. Kiçik yaşlı uşaqlara yol hərəkəti qaydalarını əyani vəsaitlər üzərində öyrətmək metoduna önəm verilir, çünki balacaların əşyalara, oyuncaqlara marağı böyük olur və onlar zəruri bilgiləri əşyalar üzərində daha yaxşı anlayır. Şagirdlər yol nişanları hazırladılar , səhnəciklər nümayiş etdirdilər.