“Aprel döyüşləri” adlı tədbir keçirildi

      Məktəbin illik fəaliyyət planına uyğun olaraq 6 “C” sinfində sinif rəhbəri Sevinc Bədəlova və  Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Cəlilova tərəfindən “Aprel döyüşləri” adlı tədbir keçirildi.

         Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

       Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər torpaq uğrunda canını fəda edən şəhidlərimiz haqqında məlumat verdilər, müxtəlif şeirlər səsləndirildi, kiçik videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi