“Xalqımızın milli- mənəvi dəyərlər sistemində ailənin rolu” mövzusunda tədbir keçirildi
Məktəbin tədbirlər planına uyğun olaraq psixoloq Ləman Mehtiyeva 5-ci sinif şagirdləri ilə “Xalqımızın milli- mənəvi dəyərlər sistemində ailənin rolu” mövzusunda tədbir keçirdi.Tədbirdə eyni zamanda direktor Günel Fətəliyeva da iştirak etdi.Tədbirin keçirilməsində məqsəd şagirdlərə sağlam ailə əlaqələrinin və dəyərlərinin əhəmiyyətinin öyrədilməsi idi.Sonda şagirdlərlə müzakirələr aparıldı.