“Yanğın təhlükəsizliyi qaydaları” haqqında təlim keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimiz” mövzusunda məktəbin direktoru Günel Fətəliyeva, məktəbin təlim-təbiyə işləri üzrə direktor müavini Günel İsmayılova, Təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimova və 4-cü ərazi Dövlət Yanğın nəzarəti İdarəsinin böyük inspektoru daxili xidmət mayoru Nəcəf Hacıyev tərəfindən “Yanğın təhlükəsizliyi qaydaları” haqqında təlim keçirildi. Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığını yoxlamaq, pedaqoji heyətdə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır. Təlimdə yanğın söndürən balonlardan istifadə qaydaları praktik şəkildə nümayiş etdirildi.