2 aprel Beynəlxalq Uşaq kitab günüdür

Uşaqlara ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Uşaqlar üçün kitab seçərkən yaş dövründən irəli gələn daxili ehtiyacları nəzərə alınmalıdır.

Məktəbin fəaliyyət planına əsasən "2 aprel Beynəlxalq uşaq Kitab Günü" ilə əlaqədar  olaraq  bu günün uşaq ədəbiyyatının inkişafına müstəsna xidmətlər göstərmiş H.K.Andersenin doğum gününün şərəfinə təsis olunduğundan məhz onun "Çirkin Ördək balası" nağılının məktəbin kitabxana müdiri Aytən Məmmədova  və sinif rəhbəri Nərmin Hümbətova təşkilatçılığı ilə 2 "A" sinifi ilə müzakirəsi keçirildi.

Aytən Məmmədova şagirdlərə Uşaq kitab günü haqqında məlumat verdi.

Şagirdlərlə “Çirkin Ördək balası” nağılına uyğun hekayə xəritəsi əsasında maraqlı müzakirə və nağıl obrazları haqqında düşüncələri müzakirə olundu. Şagirdlər xəritəyə  əsasən nağıl haqqında öz fikirlərini bildirdilər və nağılı əks etdirən rəsm çəkdilər.Sonda Aytən Məmmədova tərəfindən fərqlənən şagirdlərə hədiyyə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi