Sinif təşkilat saatı keçirildi
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı 3”A” , 1"A" sinif rəhbərləri Sevinc Məmmədova və Leyla Orucəliyeva sinif təşkilat saatı keçirdilər. Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi birdəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Sinif rəhbərləri ermənilərin 1918–ci il martın 31–də Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, ağlasığmaz qəddarlıqlardan söz açdılar. Bu soyqırımdan illər keçməsinə baxmayaraq, ermənilər vandallıqlarını davam etdirirlər.
Kiçik məktəblilər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Sonda şagirdlər xalqın, vətənin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini əziz tutacaqlarını da qeyd etdilər.