31 mart- Soyqırım günüdür

Məktəbin fəaliyyət planınına uyğun olaraq 5 "A”  sinif şagirdləri ilə 31 mart soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri keçirməkdə məqsəd soyqırım qurbanlarının əziz xatirəsini yad etmək idi. Əvvəlcə soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək 31 mart 1918 ci ildə mənfur erməni daşnaklarının azərbaycanlıları kütləvi şəkildə,min bir işgəncə ilə necə qətlə yetirdikləri haqqında ətraflı məlumat verdi.O xüsusilə qeyd etdi ki bu cür qətliamı heç vaxt unutmamaq lazımdır.

Sonra söz şagirdlərə verildi.Şagirdlərdən Ayan, Elcan, Məhəmməd, Təhmasib və başqaları soyqırımla bağlı öyrəndikləri məlumatları, xarici ölkə vətəndaşlarının bu barədəki fikirlərini diqqətə çatdırdılar.Daha sonra şagirdlər öyrəndikləri şeirləri səsləndirdilər.Dəyirmi masa nikbinliklə başa çatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi