31 mart Azərbaycanılıarının soyqırımı günü ilə bağlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 31 mart Azərbaycanılıarının soyqırımı günü ilə bağlı tədbir keçirildi.
Məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması ,tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq ,düşmənə nifrət hissini gücləndirmək,güclü vətənə məhəbbət hissini aşılamaqdır.Tədbirdə tarix müəllimi Afət Xudai və kitabxan müdiri Aytən Məmmədova bu soyqırım,Azərbaycan xalqı və dövlətinin tarixində baş vermiş ən faciəli hadisə Azərbaycanılıarın kütləvi surətdə qırğını, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən olduğunu vurğuladılar.
7 ”A” sinif və 6 ”A” sinif şagirdlərinin bir qrup fəal oxucularının soyqırım haqqında öyrəndikləri məlumatlar və şeirlər dinlənildi.Sonda Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasından 31 Mart soyqırım mövzusu oxunuldu.