Texnologiya və Biologiya fənni arasında inteqrasiyalı dərs keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq Fizika və Texnologiya aylığı çərçivəsində məktəbin Texnologiya müəllimləri Rühəngiz Hüseynova və Aysun Məmmədova, Biologiya müəllimi  Fərqanə Əkbərova 6 “ C “ sinfində “İnsan həyatında qida məhsulları” mövzusunda müzakirə təşkil etdilər.Qeyd etdilər ki,  insan orqanizminin normal inkişafı üçün qida dəyərlərinin böyük əhəmiyyəti var, düzgün qidalanma daxili orqanların normal fəaliyyəti üçün vacibdir. Qida məhsullarına zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral maddələr və su aiddir.

Şagirdlər meyvə və tərəvəzləri vitamin növlərinə görə qruplaşdırdılar. Vitaminlərin insan həyatında rolu və əhəmiyyəti haqqında məktəbin Biologiya müəllimi Fərqanə Əkbərova məlumat verdi. Şagirdlər vitamin mənbəyi olan qida məhsulları və onların təsvirlərindən istifadə edərək fikirlərini söylədilər.

Texnologiya müəllimi H. Rühəngiz bildirdi ki, zülallar orqanizmin hüceyrə və toxumalarının əsasını təşkil edir. Onlar orqanizmin yoluxmalara qarşı mübarizəsində iştirak edir. Əgər insan qida ilə az zülal alarsa, fiziki və zehni gücü azalar fikrini səsləndirdi.

Texnologiya müəllimi M.Aysun “Yağlar orqanizmin əsas enerji mənbəyidir. Onlar hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir” fikrini dedi.

Mövzu şagirdlərdə böyük maraq hissi oyatdı və onları maraqlanrıran sualları səsləndirdilər. Sonda müəllimlər tərəfindən suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi