Həyat bilgisi və Coğrafiya fənni arasında inteqrasiyalı dərs keçirildi
Məktəbin ibtidai sinif müəllimi Sevinc Məmmədova 3 “A" sinfində Həyat bilgisindən Coğrafi obyektlər mövzusunu Coğrafiya fənni ilə inteqrasiya etdi. Sinif müəllimi coğrafi obyektlər (dağ, göl, çay və s.) haqqında məlumat verdi. Coğrafiya müəllimi Vüsalə Məmmədova şagirdlərə xəritədən istifadə qaydalarını izah etdi və şagirdlərin xəritədən obyektləri izlənilməsini təmin etdi. Məqsəd şagirdlərin coğrafi obyektlər haqqında biliklərini zənginləşdirmək və xəritədən təyinatına uyğun istifadəni təmin etmək etmək idi. Dərslikdən öyrəndiklərini əyani şəkildə görmək şagirdlərdə çoxlu maraq oyatdı.