"Dəyərlərimiz bədii ədəbiyyatda"adlı tədbir keçirildi

Azərbaycan xalqı tərəfindən qeyd olunan Novruz bayramının mahiyyəti,tarixi kökləri ,bayramla bağlı adət-ənənələr ,ayin-mərasimlər,xalqımızın minilliklər boyu təcrübə əsasında  formalaşmış el sənətinin inkişafı yolları ,mütəxəssislərin söylədikləri fikirlər,şifahi xalq ədəbiyyatından ,eləcə də bədii yaradıcılıq müəlliflərinin əsərlərindən örnək daxil edilmişdir.Novruzun dolğun və mükəmməl mənzərəsini elmi -tarixi əsaslarla  şagirdlərə çatdırmaq məqsədilə məktəbin fəaliyyət planına əsasən məktəb kitabxanasında "Dəyərlərimiz bədii ədəbiyyatda"adlı tədbir keçirildi.

Məktəbin ədəbiyyat müəllimi Gözəl Əliyeva , kitabxana müdiri Aytən Məmmədova Novruz bayramına aid Şifahi xalq ədəbiyyat nümunələri haqqında şagirdlərə məlumat verdilər.

5" B",6 "B" sinif şagirdləri novruz bayramına aid haxışdalar,novruz bayatıları,çərşənbələrə aid deyimlər,şeirlər,novruz tapmacaları səsləndirdilər.

Daha sonra Novruz bayramına aid şagirdlərlə disput keçirildi.

Tədbirdə Novruz bayramında iştirak edən personajlar 7 "C" sinif şagirdlərinin ifasında canlı şəkildə nümayiş olundu. Sonda 3 " A" sinif sagirdərinin ağ çiçəyim rəqsi tədbirə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi