“Texnologiya və Fizika” aylığı çərçivəsində Novruz atributlarından ibarət əl işi hazırlandı
Məktəbin fəaliyyət planına uyğun olaraq “Texnologiya və Fizika” aylığı çərçivəsində Novruz atributlarından ibarət əl işi hazırlandı. Maketlərin hazırlanmasında şagirdlər böyük həvəslə iştirak etdilər və bu prosesdə şagirdlərə məktəbin Texnologiya müəllimləri M. Aysun, H. Rühəngiz və İbtidai sinif müəllimi O. Leyla yaxından dəstək göstərdilər. Bayram atributlarından olan Səməni, Şam, Paxlava, Şəkərbura və Yumurta hazırlandıqdan sonra Novruz Bayramına həsr olunmuş tədbirdə nümayiş etdirildi. Şagirdlərdən Q. Yetər, M.Elcan, B.Nərgiz, H.Şövkət və H.Fatimə fəal iştiraklarına görə məktəbin fəxri fərmanı ilə təltif olundular.