Novruzun gəlişi məktəbimizdə təntənəli surətdə qeyd olundu

Təhsil müəssisələrinin dövlətin ictimai həyatında, xalqın tarixində baş verən hadisələrə xüxusi həssaslıqla yanaşması təkcə dövlət idarəsinin vəzifə borcunu yerinə yetirməsi kimi qiymətləndirilməməlidir. Formalaşmaqda olan gənc nəslin milli-mənəvi dəyərlərə rəğbət, adət-ənənələrə sədaqət, vətənpərvərlik ruhunda böyüdülməsi təhsil işçilərinin mənəvi borcu kimi də qəbul edilməlidir. Bu fikri öz fəaliyyətində əsas xətt kimi inkişaf etdirən kollektivimiz təqvimdə qeyd olunan xüsusi günləri, milli bayramlarımızı böyük təntənə ilə qeyd edir, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan, elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında xüsusi xidməti olan insanların fəaliyyətini təbliğ edir.

Məktəbimizdə artıq ənənə şəkilini almış, hər il xüsusi təmtəraqla qeyd olunan Novruz şənlikləri də belə tədbirlərdəndir. Builki Novruz tədbirlərinə 2023-2024-cü tədris ilinin ikinci yarımilinin əvvəlində tərtib edilən xüsusi “Tədbrilər planı” ilə start verildi. Həmin planda bayram öncəsi iməciliklər, məktəbin həyətyanı sahəsindəki yaşıllığa qulluq edilməsi, həmçinin milli adətlərimizə həsr edilmiş dəyirmi masaların, şeir və yazı müsabiqələrinin,  əl işlərindən ibarət sərgilərin təşkil edilməsi nəzərdə tutulmuşdu. Bayram öncəsi böyük musiqili tədbirin keçirilməsi ilə bağlı iş bölgüsü də əvvəlcədən aparılmışdı. 15.03.2024-cü il tarixində məktəbdə qeyd olunan bayram şənliyi məktəb kollektivinin xüsusi həvəslə hazırlaşdığını göstərdi. Məktəbin idman zalında təşkil edilmiş böyük sərgidə şagirdlərin müəllimləri ilə birgə hazırladıqları Novruz atributları, milli ornamentləri özündə əks etdirən rəsm əsərləri, tikmə nümunələri və digər əl işləri nümayiş olundu. Daha sonra bahar qızının, kecəl və kosanın iştirakı ilə əyləncəli-musiqili proqram tamaşaçılara təqdim edildi. Şagirdlərin milli geyimlərdə təqdim etdikləri kompozisiyalar, xalq mahnıları, poeziya nümunələri, səhnəciklər, milli rəqslər izləycilərdə xoş ovqatın yaranmasına səbəb oldu. Məktəbin direktor əvəzi Günel İsmayılova təbrik çıxışında tədbirin hazırlanmasında xüsusi əməyi olan ibtidai sinif müəllimlərinə və UBR Mədinə İskəndərovaya xüsusi təşəkkürünü bildirdi.

Əyləncəli konsert proqramı daha sonra həyətdə qalanmış Novruzun xüsusi sinvolu olan tonqalın ətrafında davam etdi. Məktəbin şagirdləri birlik rəmzi olan yallı rəqsi ilə xalqımızı təbrik etməklə yanaşı, bütün dünyaya həmrəylik və sülh çağırışını ötürmüş oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi