Uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüş keçirildi
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Böyüməkdə olan nəslin inkişafında təlim tərbiyəsində kitabın, mütaliənin rolu əvəz olunmazdır.
Bu xətti əsas tutaraq və məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin kitabxana müdiri Aytən Məmmədova və 3 "A" sinif rəhbəri Sevinc Məmmədovanın təşkilatçılığı ilə uşaq yazıçısı Reyhan Yusifqızı ilə görüş keçirildi.
Tədbir 3"A" sinif şagirdlərinin himnimizi səsləndirilməsi ilə başladı. Kəminə Zalovanın uşaq yazıçısı Reyhan Yusifqızını təqdim etdi. Kəminə Zalova Reyhan Yusifqızının əsərlərini həm mövzu, ideya baxımından,həm də üslub nöqteyi-nəzərindən müxtəlif yaş qrupundan olan uşaqlar üçün çox faydalı olduğunu vurğuladı.
3 "A" sinif şagirdləri Reyhan Yusifqızının "Ən gözəl", "Dərman və qurd", "Günəş niyə küsdü?, "Niyə hər şey yerə düşür" hekayələrini səhnələşdirilmiş variantda tamaşaçılara təqdim etdilər.
Şagirdlərin ifasında musiqi və rəqslər tədbirə xüsusi rəng qatdı.
Reyhan Yusifqızı çıxışında yazdığı əsərlərdən nümunələr gətirərək şagirdlərin bədii mütaliə vasitəsilə həm dünyagörüşlərini, həm də elmi biliklərini artıra biləcəyini əsaslandırdı. Müəllif şagirdlərin ona ünvanladıqları sualları cavablandırdı.
Sonda məktəbin direktor əvəzi Günel İsmayılova çıxış edərək yazıçıya öz təşəkkürünü bildirdi və bu görüşlərin son dərəcə əhəmiyyətli olduğunu vurğuladı.
Tədbirdə müəllimlər, şagirdlər, valideynlər iştirak etdilər