7 “B” sinfi İnteraktiv Elm muzeyində ekskursiyada oldu

Məktəbin fəaliyyət planına uyğun olaraq fizika aylığı çərçivəsində Arzu Quliyeva 7 “B” sinfi ilə birlikdə İnteraktiv Elm muzeyində ekskursiyada oldular. Məqsəd şagirdlərin fənnə olan marağını daha da artırmaq və müxtəlif fiziki hadisələrin əyani müşahidə etmək idi. Ekskursiyaya muzeyin yaradıcısı Elçin müəllim rəhbərlik etdi. Şagirdlər ''Paskal qanununu'',''Bernulli qanununu'', müxtəlif optik hadisələri, səs hadisələrini təcrübələrlə araşdırdılar. ''Bizim Cəbiş müəllim'' filmindəki məhşur səhnənin canlı şahidi oldular. Qədim fotoaparatla, printerlə, kalkulyatorla tanış oldular. Ekskursiyanın sonunda şagirdlər muzeylə tanışlıqdan çox razı qaldılar.