Od çərşənbəsi

Məktəbin fəaliyyət planına uygun olaraq “Od çərşənbəsi” günü ilə əlaqədar 5 “C” sinifində məktəbin Texnologiya müəllimləri Rühəngiz Hüseynova və Aysun Məmmədova tərəfindən bayram ab-havalı əl işləri, rəsmlər və Novruz atributlarından ibarət sərgi təşkil edildi. Şagirdlər Novruz adətləri ilə bağlı fikirlərini bölüşdülər və yumurta döyüşdürdülər.