Valideyn komitəsinin yığıncağı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq direktor əvəzi İsmyaılova Günel,psixoloq Mehtiyeva Ləman və UBR Mədinə İsgəndərova məktəbin valideynlərindən ibarət komitə ilə iclas keçirdilər.Məqsəd valideyinlərlə əməkdaşlığın , valideyin-məktəb,valideyn-şagird münasibətlərinin tənzimlənməsi idi.İclasda çıxış edən direktor əvəzi Günel İsmayılova bildirdi ki,bu mövzularda valideynlər daha diqqətli olmalı,şagirdlərin problemlərinin vaxtında aşkarlanması və həlli üçün məktəblə daim əməkdaşlıq etməlidirlər.Psixoloq Ləman Mehtiyeva valideynlərə slayd təqdim edərək uşaqların yaş dövürlərində olan xüsusiyyətləri,davranış problemləri,yaş böhranları və bu kimi hallarda valideynlərin uşaqlar ilə necə davranmalı olduqları barədə danışdı.UBR Mədinə İskəndərova günümüzdə şagirdlərdə rast gəlinən problemlərdən danışaraq valideynləri daha diqqətli olmağa çağırdı.Sonda valideynlərə sual və təkliflərdən ibarət anket paylanıldı.Valideynlərin sualları cavablandırıldı.