Şagirdlər milli kitabxanada ekskursiyada oldular

Məktəbin fəaliyyət planına əsasən məktəbin kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Arzu Quliyevanın təşkilatçılığı ilə VIII "A" sinif şagirdləri Axundov adına milli kitabxanada ekskursiyada oldular.Kitabxana binasının daxili quruluşu ,elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları ilə tanış olan şagirdlər iş prosesi böyük maraq doğurdu.Şagirdlərə kitabxanada təşkil edilmiş  Heydər Əliyev guşəsi kitabxananın əməkdaşı tərəfindən məlumat verildi.Kitabxananın sərgi zalında təşkil edilmiş sərgilərlə tanış oldular.Kitabxananın nadir kitablar və kitabxana muzeyi şöbəsində qorunan unikal və minatür kitabları heyranlıqla müşahidə edən şagirdlər həmdə milli mətbuatımızın təməl daşı olan " Əkinçi qazeti"nin ,"Molla Nəsrəddin"jurnalının ilk nömrələrinə baxdılar.Nümunəvi şagirdlərimizin suallarına milli kitabxananın əməkdaşları ətraflı cavab verdilər.

Milli kitabxananın not nəşrləri və səsyazmaları şöbəsi ilə tanışlıq zamanı şagirdlər Azərbaycan xalq mahnılarına qulaq asdılar.

Nümunəvi fəal oxucumuz 6 c sinif şagirdi  Quliyeva Ahuya milli kitabxananın uşaq şöbəsindən kitab hədiyyə olundu.

Sonda sinif rəhbəri Arzu Quliyeva şagirdlərin  xoş hisslərlə milli kitabxanadan ayrıldıqlarını xüsusi vurğulamış və gələcəkdə tələbə oıaraq kitabxananın oxucusu olmağı arzulamışdır

Sonda kitabxana müdiri Aytən Məmmədova Milli kitabxananın rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirdi.#fəalməktəb #virtualməktəb #OxuGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi