“1 mart  Ümumdünya Mülki müdafiə günü”  keçirildi

 232 № li tam orta məktəbin  2024-cü ilin  mülki müdafiə tədbirlər planına  əsasən  1 mart  2024- cü il tarixində “ Mülkü müdafiə sahəsində innovativ texnologiyalar ” mövzusunda  “1 mart  Ümumdünya Mülki müdafiə günü” nə həsr olunmuş  tədbir keçirildi.  Tədbirin  keçirilməsində məqsəd  fövqəladə  hallar üzrə  komissiyaların  fövqəladə  hadisələr  zamanı qarşıda duran  vəzifələrin  yerinə yetirilməsinə  hazırlığını  yoxlamaq, şagirdlərdə fövqəladə hadisələrin  nəticələri aradan qaldırılarkən  xilasetmə  və digər təxirəsalınmaz  işlərin  təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə  praktiki vərdişlərin aşılanmasıdır. Məktəbin direktor əvəzi  Günel İsmayılova   “1 Mart Ümumdünya Mülki Müdafiə günü”  haqqında ümumi məlumat verdi, fəaliyyət planına uyğun olaraq Mülki Müdafiə ilə bağlı məktəbdə görülən işlər haqqında danışdı. Tədbirdə şagirdlər yanğın, zəhərlənmə, zəlzələ, uçqun zamanı davranış qaydalarını, zərərçəkmişlərin xilasolunma  qaydalarını praktik şəkildə nümayiş etdirdilər. İlk olaraq məktəbin akt zalında  2, 5, 6-cı siniflərində açıq dərslər keçirildi. Məktəbin həyətində isə məktəb şagirdlərindən ibarət  yanğın söndürmə, xilasetmə və tibb manqaları tərəfindən uçqun zamanı şagirdin uçqundan sonra xilasetmə əməliyyatı, yanğın zamanı yanğına  müdaxilə və ilkin tibbi yardım olunmasını göstərildi. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər, iştirak etdilər.#MülkiMüdafiəGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi