Yaddaşlardan silinməyən iz

Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığına qarşı yönəlmiş Xocalı qətliamından bizi 32 il zaman məsafəsi  ayırır. Bu gün məktəbimizdə UBR rəhbəri Mədinə İskəndərovanın təşkilatçılığı ilə  Xocalı faciəsinin 32-ci   il   dönmü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.  Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda   canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sukutla yad edilidi. Daha sonra şagirdlərin hazırladığı kompozisiya nümayiş olundu. Şagirdlər öz çıxışlarında düşmənə nifrət hissini göstərdilər.

Tədbirdə məktəbin direktor əvəzi  Günel İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Cəlilova, tarix müəllimləri və kitabxana müdiri Aytən Məmmədova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi