“Xocalı Faciəsi”ni unutmadıq, unutmuruq və unutmayacağıq
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 3 ”B” sinfi “Xocalı faciəsi” adlı təşkilat saatı keçirdi. Sinif rəhbəri Mərziyyə Əliyeva şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı baş vermiş soyqırım haqqında məlumat verdi.
Nümayiş etdirilən videoçarxlarda, faciələrin ağırlığı, insanlığın tarixinə vurulan zərbə əks olundu. Şagirdlər faciə haqqında bildiklərini söylədilər və şeirlər söyləməklə faciə qurbanlarını yad etdilər.