"Yaşıl məktəb" layihəsinə start verildi

         Məlum olduğu kimi respublikamız beynəlxalq  ictimaiyyətdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə fəal mövqe nümayiş etdirir. 2024- cü ilin "Yaşıl dünya  naminə həmrəylik ili" elan olunması da bu mövqeyinin göstəricisidir. Ölkəmizin hər yerində bu sahədə sistemli olaraq həyata keçirilən tədbirlərə  232 kollektivi də böyük həvəslə qoşulmuşdur. Sinif otaqlarında dibçək güllərinə qulluq, məktəb həyətində yeni gül kollarının və dekorativ bitkilərin əkilməsi, dəhlizdəki pəncərə önlərinə  dibçəklərin düzülməsi öncədən hazırlanan tədbirlər planının istiqamətlərindəndir. 23.02.2024-cü il tarixində məktəbin bütün sinifləri məktəb dəhlizlərinə düzmək üçün dibçəklər təqdim  etdilər. Şagirdlərdə birgə fəalliyyətə stimul verən bu aksiya həm də şagirdlərdə  təbiətə qayğı, ekologiyanın qorunmasına məsulliyyətli yaşanma formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi