"Xocalı soyqırımı" hadisəsi ilə bağlı tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə "Xocalı soyqırımı" hadisəsi ilə bağlı 6 “C” sinfində tədbir keçirildi. Tədbirin məqsədi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar şagirdlərə məlumat vermək və onları maarifləndirmək idi. Tədbirdə şagirdlərdən Zəhra çıxış edərək məlumat verdi ki, Xocalı faciəsi 1992- ci il fevral ayının 25-dən 26-na keçən gecə oldu. Şəhəri dörd tərəfdən mühasirəyə alaraq atəşə tutdular. Rüstəmli Əli çıxışında bildirdi ki, Xocalı faciəsi zamanı 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü. Sonra qeyd etdi ki,150 nəfərin taleyi hələ də bu günə qədər məlum deyil. Solmaz çıxışında bildirdi ki, 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımını dünya xalqlarına çatdıran Azərbaycan Republikasının Milli Qəhrəmanı Çingiz Mustafayev olmuşdur. Şagirdlər bildirdilər ki, bu cinayət cəzasız qalmamalıdır. Bu hadisəni törədənlər layiqli cəzalarını almalıdırlar.