Nizami Gəncəvi yaradıcılığında fizika elmi

       Son illər tədris prosesində aktuallığını qoruyan məsələlərdən biri olaraq fənlərarası inteqrativlik məktəbimizdə də diqqət mərkəzində saxlanılır. Kreativlik və eksperiment tələb etməsi  baxımından çətin proses təsiri bağışlasa da, müəllimlərimiz nisbətən asan üsullarla tədqiqat əsaslı faydaları olan fəaliyyətlər  təşkil edirlər. Növbəti inteqrativ dərs məktəbin fizika müəllimi Arzu Quliyeva tərəfindən 7 “A”  sinif şagirdləri ilə təşkil olundu." Nizami Gəncəvi yaradıcılığında fizika"  movzusunda keçirilən dərsdə dahi Nizaminin əsərlərində müxtəlif fizika qanunlarını nəzmə çəkməsinə toxunuldu. Ümumdünya cazibə qanununun dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasının və digər fiziki proseslərin şərh olunduğu əsərlərdən parçalar səsləndirildi. Dərsdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Cəlilova lazım gəldikdə səsləndirilən poeziya nümunələrini təhlil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi