"Ana dilim nağıllarda" adlı sinif təşkilat saatı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 2 “C» sinfində sinif rəhbəri Tağıyeva Samirənin təşkilatçılığı ilə "Ana dilim nağıllarda" adlı sinif təşkilat saatı keçirildi.O şagirdlərə ana dili günü haqqında məlumat verərək bildirdi ki ,Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.Şagirdlər bildikləri nağıllar haqqında qısa məlumat verdilər.