ANA DİLİ - HƏR BİR XALQIN KİMLİYİDİR
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 3“A” sinfində sinif rəhbəri Məmmədova Sevincin təşkilatçılığı ilə “Ana dili - hər bir xalqın kimliyidir" adlı 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təşkilat saatı keçirildi.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq, yaşatmaq, dilimizin saflığını, incəliklərini şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Müəllim çıxış edərək bildirdi ki, hər bir insan ana dilini sevməli və onu qorumalıdır.
Tədbirdə şagirdlər başqa dillərdən dilimizə keçmiş sözləri deyil, öz ana dilimizdə qarşılığı olan sözləri işlətməyin lazım olduğunu söylədilər, mövzuya uyğun divar qəzeti hazırladılar. Şagirdlər sonda ana dilimizə həsr edilən şeirlər, kəlamlar və mahnı ifa etdilər.