Ana dilimizi sevək və sevdirək
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 3 “B” sinfində sinif rəhbəri Mərziyyə Əliyevanın təşkilatçılığı ilə “Ana dilimizi sevək və sevdirək” adlı 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təşkilat saatı keçirildi.
Tədbirin əsas məqsədi ana dilimizi qorumaq, yaşatmaq, dilimizin saflığını, incəliklərini şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Müəllim çıxış edərək bildirdi ki, hər bir insan ana dilini sevməli və onu qorumalıdır.
Tədbirdə şagirdlər başqa dillərdən dilimizə keçmiş sözləri deyil, öz ana dilimizdə qarşılığı olan sözləri işlətməyin lazım olduğunu söylədilər. Şagirdlər sonda ana dilimizə həsr edilən şeirlər, kəlamlar və mahnı ifa etdilər.