HÜQUQLARIMIZI ÖYRƏNİRİK
Məktəbin fəaliyyət planına uyğun olaraq 3"A" sinfində Həyat bilgisi fənnindən "Hüquqlarımız " adlı layihə keçirildi. Layihənin məqsədi şagirdləri öz hüquqları ilə tanış etmək, azad ölkədə azad vətəndaş olaraq hüquqlarından istifadə qaydalarını öyrətmək ,hər bir hüquqi vətəndaşın öz ölkəsində hüquqlarını bilməyinin vacibliyini anlatmaq idi. Sinif rəhbəri Sevinc Məmmədova şagirdlərə hüquqları barədə geniş məlumat verdi. Onları mövzu ilə tanış etdi. Dərsdə metodbirləşmə rəhbəri Leyla Orucəliyeva iştirak etdi. Mövzu ilə bağlı şagirdlərin fikirlərini dinlədi .Şagirdlər öz hüquqlarını əks etdirən cümlələr yazaraq qutulara atdılar.