7"B"sinif şagirdlərinin iştirakı ilə bədii müzakirə keçirildi
Məktəbin fəaliyyət planında öz əksini tapan mühüm məsələlərdən biri də şagirdlərin sərbəst fikir yürütmə qabiliyyətinin inkişaf etdirilməsi,həyat hadisələrinə obyektiv münasibət bildirmə bacarığının yaradılmasıdır.Bu xətt həm müxtəlif fənlərin tədrisində,həm də məktəbdə keçirilən bütün ictimai tədbirlərdə diqqət mərkəzində saxlanılır.Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə üzvləri,məktəb kitabxanaçısı
Aytən Məmmədova,UBR Mədinə İsgəndərova öz fəaliyyətlərində bu məsələyə xüsusi diqqətlə yanaşırlar.Tez-tez ədəbi-bədii müzakirələr,təqdimatlar,inşa yazı müsabiqələri,bədii qiraət üzrə yarışlar keçirilir.
Növbəti bədii müzakirə 7"B"sinif şagirdləri tərəfindən ədəbiyyat müəllimi Kəminə Zalovanın ,Aytən Məmmədovanın və Mədinə İsgəndərovanın iştirakı ilə təşkil edildi."Təxəyyül süzgəcindən keçən həyat həqiqətləri "başlığı ilə diskussiya şəraitində keçən söhbətdə maraqlı fikirlər səsləndi .
Şagirdlərə istiqamət vermək məqsədilə müzakirənin əvvəlində ədəbiyyatın həyatla əlaqəsindən,bədii əsərlərin insan mənəviyyatında və təfəkküründə yaratdığı təsirdən danışıldı.Şagirdlər həm dünya ədəbiyyatından ,həm də Azərbaycan ədəbiyyatından mütaliə etdikləri nümunələr əsasında təhlillər apardılar.