Bilik yarış keçirildi
Məktəbimizdə mütəmadi olaraq şagirdləri əyləncəli şəraitdə öyrənməyə sövq etmək məqsədilə müxtəlif breyn-ringlər, viktorinalar , bilik yarışları keçirilir. Belə fəaliyyətlər əsasən uyğun yaş qruplarından olan paralel siniflər və ya eyni sinif şagirdləri arasında həyata keçirilir.
Bu məqsədlə 7”B” və 9“C” sinif şagirdləri arasında keçirilən breyn- rinq fərqli formatı ilə seçilirdi. Qeyd etmək lazımdır ki, 9“C” sinfində təlim nəticələri yüksək olan şagirdlər çox deyil. Buna baxmayaraq 3 raunddan ibarət yarışa hər iki sinfin şagirdləri xüsusi maraqla yanaşdılar
Azərbaycan dili və ədəbiyyat fənni üzrə 5,6 və 7- ci sinifləri əhatə edən tədris materialları ilə yanaşı, dünyagörüşü və məntiqi əhatə edən suallara cavab verən şagirdlərin yekun nəticələri yaxın oldu.
Yarışda kiçik bal fərqi ilə 7”B” sinif şagirdləri irəli çıxdılar.