Məsuliyyətli olmağı öyrənək
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir. Layihənin 15-ci həftəsi "Məsuliyyət" mövzusuna həsr olunub. Bu məqsədlə 1 “A” sinif rəhbəri Leyla Orucəliyeva şagirdlərlə "Məsuliyyətli olmağı öyrənək" adlı diskussiya keçirdi.Sinif rəhbərləri mövzu ilə bağlı məlumatlar verdi.Şagirdlər məsuliyyətli olmaq haqqında atalar sözləri və müxtəlif fikirlər söylədilər. Məsuliyyətli bir insan, hərəkətlərinin səbəbi olaraq özünü dərk edir, həyatında dəyişikliklər etməyə başlayır və nəyə gətirib çıxaracaqlarına görə məsuliyyət daşımağa hazırdır.Məsuliyyətli uşaq sərbəst şəkildə məktəb tapşırıqlarını yerinə yetirir, yuxudan vaxtında qalxır, şəxsi təmizliyinə fikir verir, valideynlərinin və başqalarının yardımına ehtiyac duymur.
Sonda şagirdlər evdə ,yolda və məktəbdə məsuliyyətli olmağı təbliğ edən qısa videoçarxlar izlədilər.