"Azərbaycan dili və ədəbiyyat fənn aylığı"çərçivəsində dərsdinləmələr davam edir
Metodiki işin daha səmərəli təşkil olunması üçün pedaqoji heyət mütəmadi olaraq qarşılıqlı dərsdinləmələr təşkil edir.Bu zaman qabaqcıl təcrübələrdən faydalanmaq,gənc müəllimlərə dəstək,fənnin tədris keyfiyyətinin artırılması kimi məsələlər diqqət mərkəzində saxlanılır. Metodbirləşmə sədri Kəminə Zalova və sinif rəhbəri Aysun Məmmədova tərəfindən 5 "B"sinfində Gözəl Məmmədyarovanın Azərbaycan dili dərsini dinlənildi.