5 "A" sinif şagirdlərinin "Dilimizin saflığını qoruyaq!"çağırışı
Məktəbimizin fəalliyyət planı təhsildə keyfiyyətin artırılması, innovativ, yaradıcı, tənqidi və məntiqi düşüncəyə malik nəslin formalaşdırılması xəttini əks etdirir. Bu istiqamət həm gündəlik tədris prosesində, həm də dərsdənkənar və məktəbdənkənar tədbirlərdə fəaliyyətimizin prioritet məqsədi olaraq davam etdirlir.
"Azərbaycan dili və ədəbiyyat fənn aylığı" çərçivəsində fənn müəllimlərinin şagirdlərlə birgə təşkil etdikləri bir sıra kreativ tədbirlər də məhz ümumi işin tərkib hissəsi kimi səciyyəlləndirilə bilər.
5 "A" sinfində fənn müəllimi Zalova Kəminənin təşəbbüsü ilə "Dilimizin saflığını qoruyaq! " devizi altında diskussiya təşkil olundu. Şagirdlərə gündəlik ünsiyyətdə hər kəsin orfoepik və orfoqrafik normalara əməl etməsinin əhəmiyyəti izah olundu. Yersiz alınmaların, varvarizimlərin ana dilimizin saflığına xələl gətirməsi vurğulandı.
Sonda beşincilərin bütün məktəbə "Dilimizin saflığını qoruyaq!" adlı videomüraciəti hazırlandı.