1 "A" sinif şagirdləri "Cırtdan" nağılını səhnələşdirdi

Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili aylığı çərçivəsində ibtidai sinif müəllimi Leyla Orucəliyeva 1 "A" sinif şagirdləri ilə fənnin mövzusu olan "Cırtdan" nağılını səhnələşdirdi.Şagirdlər rollu oyun zamanı obrazlara uyğun jest və mimikalardan istifadə edib, onların nitqlərini səsləndirdilər. Məhz oyun prosesində şagirdlər səmimi olur, burada o, baş verənlərə öz münasibətini bildirməyə çalışır.