Gənclər günü ilə bağlı dəyirmi masa keçirildi

  Təhsildə əldə edilən uğurların parlaq gələcəyin təminatı olması fikri artıq bütün dünyada qeydsiz-şərtsiz qəbul olunur.Bu gələcəyin əmanət olunduğu peşə sahibləri olan müəllimlər isə yaşından, pedaqoji təcrübəsindən asılı olmayaraq cəmiyyət hadisələrinə aktiv reaksiya verməlidir.
232 kollektivi olaraq məktəbimizdə bu ruh daim  hiss olunmaqdadır. Xüsusi tarixi günlər mütəmadi olaraq qeyd olunur, siyasi hadisələr, Respublikamızın ictimai həyatında diqqət çəkən məqamlara münasibət bildirilir.
​2 Fevral Gənclər Günü də məktəbimizdə hər il qeyd olunan tarixlərdəndir. Müxtəlif illərində məktəb kollektivi Gənclər gününü gənclər arasında əyləncəli breyn– rinqlər, viktorinalar, seminarlar, təcrübəli ziyalılarla görüşlər şəklində keçirmişdir.
Cari tədris ilində məktəbin direktor əvəzi Günel İsmayılovanın şəxsi təşəbbüsü və məktəb Həmkarlar Təşkilatının sədri Kəminə Zalovanın iştirakı ilə gənc müəllimlərlə birgə dəyirmi masa təşkil olundu.
Dəyirmi masada müzakirə mövzusu olaraq qoyulan məsələlərə gənc müəllimlər fəal mövqedən çıxış edərək münasibət bildirdilər. “Müəllim olaraq özümü 5 il sonra necə təsəvvür edirəm” və “Tədris etdiyim fənni şagirdlərə necə sevdirirəm? (və ya metodiki işdə kreativ fəaliyyətim )” kimi suallara Emin Məmmədov, Aysel Cəlilova, Aytən Məmmədli, Lalə Fərəcova, Aysun Məmmədova, Kamran Məmmədzadə, əsaslandırılmış cavablar verdilər.
Müzakirənin sonunda həm Günel müəllim  həm Kəminə müəllim və məktəbin gənc psixoloqu Ləman Mehdiyeva gənc müəllimlərə xoş arzularını ifadə etdilər, təklif və tövsiyələrini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi