II Yarımilin ilk dərs günü
2023-2024- cü tədris ilinin ikinci yarımilinin başlanması məktəbimizin həm pedaqoji kollektivində, həm də şagird kontingentində xüsusi pozitiv əhval- ruhiyyə ilə müşayiət olundu.
Təhsili həqiqi dəyərə çevirməyə çalışan məktəb kollektivi şagirdlərin akademik biliklər əldə etməsi ilə bərabər, milli mədəni keyfiyyətlərə, dilə, mentalitetə, milli bayramlara, adət- ənənələrə rəğbət hissi ilə böyüməsinə şərait yaradan fəaliyyət sərgiləməyə çalışır.
II Yarımilin ilk dərs günü, demək olar ki, məktəbimizin bütün siniflərində ayrı-ayrı fənlərin tədrisində məhz bu ab-hava duyuldu. Bunu məktəb rəhbərliyinin və müxtəlif fənn müəllimlərinin iştirak etdiyi dərsdinləmələr də sübut etdi.