Pedaqoji şuranın növbəti iclası keçirildi
31.01.2024 tarixində pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın gündəliyində I yarımilin yekunları, II yarımildə qarşıda duran məsələlər müzakirə olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş və məktəbdaxili monitorinqlər təhlil edildi. Riyaziyyat fənnbirləşmə rəhbəri və psixoloqun hesabatı dinlənildi. Bunlarla yanaşı məktəbdə təhlükəsizliyin təminatı və sağlam psixoloji mühitin formalaşdırılması müzakirə edildi, qəbul edilmiş qərarlara uyğun məsul şəxslər müəyyənləşdirildi.