Tolerantliq nədir ?
2 "C” sinfində “Dəyərlərimiz” mövzusunda növbəti məlumat mübadiləsi aparıldı.Sinif rəhbəri Samirə Tağıyeva şagirdlərlə tolerantlıq nədir mövzusunda söhbət apardı . O bildirdi ki , bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər. Bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Bu məsələdə doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır.Tolerantlıq qarşısındakına insan olduğu üçün dəyər verməkdir. Tolerantlıq başqasına mənəvi hisslərinə, öz mənəvi duyğularına hörmət gözlədiyi üçün hörmətlə yanaşmaqdır. Tolerantlıq birtərəfli deyil, çoxtərəfli münasibətləri həlqəsinin təzahürüdür.