"Brain Ring" bilik yarışı keçirildi

"İngilis dili aylığı" çərçivəsində Beynəlxalq Təhsil Gününə həsr olunmuş, fənn müəllimləri Nərminə Cabbarova, Kəmalə  Şamilova və Mina Həsənlinin  təşkil etdiyi "Brain Ring" bilik yarışı keçirildi. Yarış 5-ci sinif şagirləri arasında təşkil olundu. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin xarici dil öyrənməsinə böyük həvəs yaratmaq, onların bilik səviyyəsini yoxlamaq və sağlam rəqabət yaratmaq idi. Viktorinada müxtəlif maraqlı mərhələlər, şagirdlərin dünyagörüşünü yoxlayacaq suallar; ingilis dilinin qrammatikası və söz ehtiyatı ilə bağlı suallar təşkil olundu. Yarış 3 komanda arasında keçirildi: “Peak”, “Knowledge”, “Victory”.  Yarışda məktəbin direktor əvəzi Günel İsmayılova da iştirak etdi. Sonda qaliblər müəyyənləşdirildi, Günel müəllimə qalibləri Fəxri Fərmanla mükafatlandırdı. 5A sinfi göstərdiyi yüksək fəallığa görə birinci yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi