20 yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı sinif təşkilat saatı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 1“A” sinif şagirdləri ilə 20 yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı sinif təşkilat saatı keçirildi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş 20 yanvar şəhidlərini yad etmək məqsədilə sinif rəhbəri Leyla Orucəliyeva çıxış edərək qeyd etdi ki,tariximizdəki qara səhifələrdən biri 1990-cı il 20 yanvar faciəsidir. Məhz o gün xalqımız bir daha sübut etdi ki, həqiqətən də azadlıq qan bahasına, can bahasına əldə edilir. Azərbaycan tarixində lazım gələrsə gözünü qırpmadan vətən uğrunda canlarından keçən qəhrəman oğullarımız vardır.Daha sonra şagirdlər faciə qurbanlarının bir neçəsinin həyat yolu haqqında çıxışlar etdilər, şəhidlərə həsr olunmuş şeir söylədilər, rəsm çəkdilər.