20 yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi

Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “C” sinfində ilk dərs “20 yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi” başlığı altında dərsə həsr olundu. Dərs tarix dərsi ilə inteqrasiya olundu. İlk növbədə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər əldə etdikləri informasiyaları slayd şəklində ingilis dilində təqdim etdilər. Şagirdlərdən B.Zəhra, M.Nərgiz, M.Nəzrin, R.Zəhra, İ.Elmir daha fəal iştirak edərək təqdimatlarında Azərbaycan xalqının iradəsini qırmaq, müstəqillik arzularını tankların altında əzmək istəyənlərin buna nail ola bilmədiklərini, əzilməz qürurumuzun bu gün bu zirvələrdə olmağımıza səbəb olduğunu vurğulayaq vətənpərvərlik hisslərini təkrar nümayiş etdirdilər. Sonda sinfin ingilis dili müəllimi Şamilova Kəmalə mövzu ilə bağlı fikirlərini bildirdi və Vətən qarşısında şagirdlərin nə kimi vəzifələri və borcları olduğunu xatırlatdı.