“Qanlı Yanvar” adlı sərgi təşkil olundu
Azərbaycan Respublikasının Təhsil nazirliyinin 2019-cu il tarixli F-771 nömrəli əmrinin icrası və məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə uyğun olaraq ümumxalq hüzn gününə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. Məktəbdə “Qanlı Yanvar” adlı sərgi təşkil olundu. Sərginin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik hissi aşılamaq, tariximizin qanlı keçmişini unutdurmamaqdır, şagirdlərdə şəhidlərimizə, milli qəhrəmanlarımıza hörmət, sevgi hissi oyatmaqdır.