QANLI YANVAR

Məktəbin fəaliyyət planınına uyğun olaraq sinif rəhbəri Sevinc Məmmədova 3 “A” sinfində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı "Qanlı Yanvar" adlı təşkilat saatı keçirdi.Zaman ötür,illər əsrlərə, əsrlər minilliklərə-tarixə çevrilir. Zaman axımında baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur amma elə hadisələr də var ki, xalqın, millətin yaddaşında əbədiləşir.
20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, azadlıq istəyinin oyanış günüdür. 34 ildir Azərbaycan xalqı bu günü-Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Məqsəd şagirdlərin vətənə olan sevgisini möhkəmləndirmək,şəhidlərimizin xatirəsini yad etməkdir.