Xarici dilin öyrənilməsində bədii əsərlərin rolu

  Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “C” sinif şagirdləri xarici dili aylığı çərçivəsində Howard Pyle - nin “Robin Hud” əsərindən bir çox hekayə  oxumaqla yeni söz və ifadələrlə  tanış oldular. İngilis dili müəllimi Kəmalə Şamilova 7 “C” sinif  şagirdləri ilə internet resurslarından istifadə edərək “Robin Hud” haqqında qisa filmə baxdılar və oxuduqları  hekayələrlə filmi birlikdə müzakirə etdilər. Məqsəd  şagirdlərdə dinləyib - anlama, yazı, danışma məzmun xətlərinə əsaslanaraq bu bacarıqları inkişaf etdirməkdir. Şagirdlərdən B. Zəhra, M. Nərgiz, M. Nəzrin, R.Zəhra, S.Mədinə, S. Elmir, Z. Mirsadiq “Ziqzaq” üsulundan istifadə edərək dəyirmi masada fəal iştirak etdilər. Müəllim sonda söz bazasının artırılmasında xarici dildə filmlərə baxmağın və bədii əsərlər oxumağın faydalarından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi