Təsviri incəsənət və Steam fənni arasında inteqrasiyalı dərs keçirildi
Məktəbin ibtidai sinif müəllimi Leyla Orucəliyeva 1 "A" sinfində Təsviri incəsənət fənnindən "İncəsənət muzeyində sərgi zalı və
tamaşaçıları hazırlayaq" mövzusunu Steam fənni ilə inteqrasiya etdi. Sinif müəllimi STEAM sözünün mənasını şagirdlərə izah etdi . Steam fənnini tədris edən Vüsalə Məmmədova şagirdlərə Steamın Təsviri incəsənətlə əlaqəsindən danışdı və şagirdləri otaqdakı avadanlıqlarla tanış etdi. 8 "A" sinif şagirdlərinin köməyi ilə birincilər hər sahəyə aid olan cihazlardan istifadə etdilər. Dərslikdən öyrəndikləri məlumatları əyani şəkildə görmək şagirdlərdə çoxlu maraq oyatdı.