“Black January” adlı dəyirmi masa təşkil olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq 20 Yanvar hadisələrinə həsr olunmuş tədbirlər keçirilir. Bu məqsədlə məktəbin ingilis dili müəllimi Mina Həsənlinin təşkilatçılığıilə ilə 11”A” sinfində “Black January” adlı dəyirmi masa keçirildi. Məqsəd şagirdlərə tarixi həqiqətləri bir daha xatırlatmaq, azadlığın necə çətinliklərlə qazanıldığını göstərmək və ingilis dilində danışıq vərdişlərini gücləndirmək idi. İlk öncə müəllim Mina Həsənli çıxış etdi. O, ingilis dilində 20 Yanvar hadisələri barədə ümumi məlumat verdi. Çıxışın sonunda bildirdi ki, bizim əsas məqsədimiz bu həqiqətləri dünyaya çatdırmaqdır.Tədbirdə UBR Mədinə İsgəndərova çıxış edərək 20 Yanvar hadisələrindən sonra ölkədə baş verənləri: Ümummilli Lider Heydər Əliyevin cəsarətli etirazını, xalqın birliyini, azadlıq istəyinin necə böyüdüyünü anlatdı. Daha sonra söz şagirdlərə verildi. Səbinə Quliyeva , Jalə Həsənli , Mustafa Abbasov , İsa Kərimov , Əli  Bədəlov, Musa Əkbərov xüsusi fərqləndilər. Səbinə Quliyeva 20 Yanvar tarixinə qədər olanları, facisənin baş vermə səbəbləri barədə danışdı. Həsənli Jalə çıxış edərək millət üçün azadlığın, suverenliyin rolunu qeyd etdi. O, çıxışında 2020-ci ildə baş verən 44 günlük şanlı zəfər tarixinə də yer verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi