Xarici dil aylığı
Tədrisin keyfiyyətini artırmaq, interaktiv təlimin faydalı nəticələr verməsi üçün prosesi yalnız dərs saatları ilə məhdudlaşdırmamaq məqsədilə məktəbimizdə keçirilən tədbirlər davam edir. Bu məqsədlə "Xarici dil aylığı" çərçivəsində məktəbin ingilis dili müəllimi C.Nərminə 7 "A" sinif şagirdləri ilə birlikdə təşkilat saatı keçirdi. " İngilis dilində danışan ölkələr" barədə məlumat verdilər. Daha sonra II ünsiyyət vasitəsi olaraq ingilis dilindən istifadə edən dövlətlər barədə təqdimatlar nümayiş olundu. Şagirdlər beynəlxalq arenada ingilis dilinin əlverişli ünsiyyət vasitəsi olmasının səbəblərini və nəticələrini müzakirə etdilər. İngilis dilində aparılan müzakirədə əsas məqsəd şagirdlərdə ana dili ilə bərabər, digər xarici dillərdə də özünü sərbəst ifadəetmə bacarığının formalaşdırılmasıdır.