“Ekoloji terror” adlı təqdimat

Xarici dil aylığı çərçivəsində şagirdlərdə təbiətə olan sevgi hissini aşılamaq və ingilis dilində fikirlərini sərbəst bildirmək, həmçinin coğrafiya fənni ilə inteqrasiya etmək məqsədi ilə ingilis dili müəllimi Şamilova Kəmalə “Ekoloji terror”la bağlı 8 “A” sinfində təqdimat keçirdi. Şagirdlərdən G. Aysun, H.Fidan, İ.Ümid, İ. Xədicə , M. Dəniz , M. Aişə, Q. Günay , S. Aysu , S. Zərifə, T. İbrahim işğal dövründə ermənilərin Azərbaycan ərazisində törədikləri ekoloji terrorla bağlı hazırladıqları araşdırmaları 09.01.2024 – cü il tarixində məktəbin akt zalında slayd şəklində təqdim etdilər. Şagirdlər azad olunan torpaqlarımızda ağac əkmək arzularını bildirdilər.Təqdimatda coğrafiya müəllimi Məmmədova Aytən iştirak etdi. Sonda ingilis dili müəllimi şagirdlərə ermənilərin ərazilərimizdə 30 ildə yeraltı və yerüstü sərvətlərimizə qarşı vandallığı haqqında etraflı danışaraq düşmənlərimizin təbiətimizə vurduğu zərərin nə qədər təhlükəli və dəhşətli olduğunu diqqətə çatdırdı.